25 mart 2026. Çərşənbə

Harvi Elliott karyerasını İtaliyada davam etdirə bilər


  • Transfer
  • 23:52 07.02.2026
  • Oxunma sayı: 458
Harvi Elliott karyerasını İtaliyada davam etdirə bilər

“Liverpul”un yarımmüdafiəçisi Harvi Elliott karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Topskills Sport UK"ə istinadən məlumata görə, ingiltərəli futbolçunun cari mövsümün sonunda “qırmızılar”dan ayrılması gözlənilir. 21 yaşlı yarımmüdafiəçinin transferində əsas namizəd “Komo” klubudur.

Bildirilir ki, A Seriyası təmsilçisinin baş məşqçisi Sesk Fabreqas Elliottun xidmətində maraqlıdır və onu yayda komandadan ayrılması mümkün olan Niko Pasın potensial əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Harvi Elliott 2019-cu ildə “Fulhem”dən “Liverpul”a 1,7 milyon avro qarşılığında transfer olunub. Futbolçunun klubla müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. O, bu mövsüm doqquz oyunda meydana çıxıb və bir qola imza atıb.







Transfer

Kazemiro "İnter"ə keçə bilər
  • Transfer
  • 23:00 24.03.2026
Kazemiro "İnter"ə keçə bilər