8 fevral 2026. Bazar günü

Neymar Dünya Çempionatına çağırılmazsa, karyerasını başa vuracaq


  • Transfer
  • 18:40 08.02.2026
  • Oxunma sayı: 59
Neymar Dünya Çempionatına çağırılmazsa, karyerasını başa vuracaq

“Santos”un hücumçusu Neymar, əgər ona bu il Dünya Çempionatına çağırış gəlməsə, futbolda karyerasını bitirməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın "The Touchline"ə istinadən məlumata görə, braziliyalı mundialda iştirak və qələbə onun futbola olan yeganə motivasiyasıdır. 

Mənbə bildirir ki,  34 yaşlı futbolçu diz zədəsini bərpa etmək və Dünya Çempionatına çatmaq üçün bütün gücünü sərf edir.

Dekabrın sonunda ulduz futbolçu medial meniskin yırtığı səbəbindən artroskopik əməliyyat keçirib. Onun “Santos”la müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir. Transfermarkt portalına əsasən, Neymarın bazar dəyəri 10 milyon avro təşkil edir.







Transfer