- Transfer
- 20:24 08.02.2026
“Liverpul”un müdafiəçisi İbrahima Konate yay transfer pəncərəsində komandanı tərk edə bilər.
90deqiqe.Az-ın "Sports Boom"a istinadən məlumata görə, “qırmızılar” fransız futbolçunun mümkün əvəzləyicisi kimi “Nyukasl”ın müdafiəçisi Sven Botmanı nəzərdən keçirir.
Bildirilir ki, çoxsaylı zədələrinə baxmayaraq, “Liverpul” rəhbərliyi niderlandlı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir. “Nyukasl” cari mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazana bilməzsə, Botman klubu tərk edə bilər.
Qeyd edək ki, Sven Botman 2022-ci ildə “Lill”dən “Nyukasl”a 37 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 24 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.