- Transfer
- 20:24 08.02.2026
“Fənərbağça” futbolçusu Anderson Taliska ilə yeni müqavilə imzaladığını açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq braziliyalı futbolçu ilə 2027–2028 mövsümünün sonuna qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Ötən mövsümün qış transfer pəncərəsində “Fənərbağça”ya keçən 31 yaşlı futbolçu "sarı-lacivərdli" formanı geyindiyi 47 oyunda 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.