- Transfer
- 20:24 08.02.2026
“Bornmut” klubu müdafiəçi Alexandro Ximenesin transfer hüquqlarını alıb.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə təmsilçisi 2025-ci ilin yayından komandada çıxış edən ispaniyalı futbolçunun satınalma opsiyasını aktivləşdirib. Transferin məbləği 19,5 milyon avro təşkil edib.
Nəzərdə tutulan bonusların ümumi həcmi 5,3 milyon avrodur. Bundan əlavə, Ximenesin “Milan”a keçdiyi Madrid “Real”ı transfer məbləğinin 50 faizini əldə edəcək.
Qeyd edək ki, Alejandro Ximenes 2023-cü ilin yayında “Real”dan “Milan”ın gənclər komandasına icarə əsasında keçib, bir il sonra isə 5 milyon avro qarşılığında tam transfer olunub. Ötən yay “Bornmut” ispaniyalı müdafiəçini müəyyən şərtlər daxilində məcburi satınalma maddəsi ilə icarəyə götürmüşdü.