10 fevral 2026. Çərşənbə axşamı

Salah Ronaldonu əvəzləyəcəyi təqdirdə maaşını üç dəfə artıra bilər


  • Transfer
  • 23:03 09.02.2026
  • Oxunma sayı: 37
Salah Ronaldonu əvəzləyəcəyi təqdirdə maaşını üç dəfə artıra bilər

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo “Əl-Nəsr” klubunun oyunlarını boykot etməyə başlayıb.

90deqiqe.Az-ın "Mirror"a istinadən məlumata görə, beşqat “Qızıl top” sahibi klub rəhbərliyinin idarəetmə siyasətindən və ümumilikdə Səudiyyə Ərəbistanında futbolun mövcud durumundan narazıdır.

Məlumatlara görə, klub rəhbərliyi yay transfer pəncərəsində 41 yaşlı futbolçunun komandadan ayrılmasına mane olmayacaq. Artıq Ronaldo ilə mümkün yolların ayrılması fonunda “Əl-Nəsr” yeni ulduzların transferi üzərində düşünür.

Kriştianoya əsas namizəd kimi “Liverpul”un hücumçusu Məhəmməd Salah göstərilir. Misirli futbolçu Səudiyyə klubuna transfer olunacağı halda maaşını təxminən üç dəfə artıra bilər. Bildirilir ki, Salah “Əl-Nəsr”də həftəlik 1,2 milyon funt sterlinq (1,38 milyon avro) qazana bilər.







Transfer