- Transfer
- 23:39 09.02.2026
"Milan"ın cinah oyunçusu Kristian Pulişiç İngiltərə Premyer Liqasına qayıda bilər.
90deqiqe.Az-ın "GiveMeSport"a istinadən məlumata görə, "Tottenhem" 27 yaşlı futbolçu ilə maraqlanır. London klubu artıq futbolçunun agenti ilə ilkin danışıqlarda aparıb. "Rossonerilər" amerikalı futbolçunu yay transfer pəncərəsində təxminən 55 milyon avroya sata bilər.
Pulişiç "Milan"a 2023-cü ilin iyul ayında "Çelsi"dən 20,8 milyon avroya keçib. Bu mövsüm qanad oyunçusu bütün turnirlərdə 20 oyun keçirib, on qol vurub və iki məhsuldar ötürmə edib. Pulişiçin İtaliya nəhəngi ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.