- Transfer
- 23:39 09.02.2026
“Everton”un mərkəz yarımmüdafiəçisi Kirnan Dyusberi-Hol “Mançester Siti”yə keçə bilər.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumata görə, 27 yaşlı futbolçuya “şəhərlilər” ciddi maraq göstərir.
“Mançester Siti” Dyusberi-Holu “Everton”a keçmədən əvvəl izləyib və hələ də yüksək qiymətləndirir. Artıq tərəflər arasında danışıqlarda müsbət yekunlaşıb.
Potensial transferin dəyəri təxminən 46 milyon avro təşkil edə bilər.
Cari mövsümdə İngiltərə Premyer Liqasında Dyusberi-Hol 18 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Everton”la mövcud müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 28 milyon avro olaraq qiymətləndirilir.