- Transfer
- 23:30 10.02.2026
Qış transfer pəncərəsinin bağlanmasına baxmayaraq, Avropanın aparıcı klubları yay mövsümünə hazırlıqları davam etdirir.
90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumata görə, “Arsenal”ın hücumçusu Qabriel Xesus mövsümün sonunda A Seriyasına keçə bilər.
Braziliyalı futbolçu “Milan”ın transfer siyahısında yer alır. “Rossoneri” rəhbərliyi forvardı müqaviləsinin bitməsinə bir il qalmış heyətinə cəlb etməyi planlaşdırır.
Xatırladaq ki, ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan Qabriel Xesus bu qış komandasına qayıdıb. O, meydana çıxdığı 16 qarşılaşmada 4 dəfə fərqlənib və 1 məhsuldar ötürmə edib.
Transfermarkt portalının qiymətləndirməsinə görə, 28 yaşlı hücumçunun transfer dəyəri 20 milyon avrodur.