- Transfer
- 23:30 10.02.2026
Yay transfer pəncərəsində “Liverpul”un hücumçusu Məhəmməd Salah klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən məlumata görə, misirli futbolçunun baş məşqçi Arne Slotla yaşadığı əvvəlki fikir ayrılıqları, eləcə də bu mövsüm nümayiş etdirdiyi inamsız oyun onun gələcəyi ilə bağlı mövqeyinə təsirsiz ötüşmür. Salah müqaviləsinin bitməsinə bir il qalmış “Liverpul”u tərk edə bilər.
Futbolçunun agenti artıq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə danışıqlara başlayıb. Keçən ildən fərqli olaraq, Məhəmməd Salah Səudiyyə Ərəbistanına köçməyə bu dəfə daha açıq yanaşır.
Qeyd edək ki, Salah yay aylarında 34 yaşını qeyd edəcək. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, hücumçunun bazar dəyəri 30 milyon avro təşkil edir.