- Transfer
- 23:30 10.02.2026
ABŞ-ın MLS təmsilçisi “Kolambus Kryu” Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin transferini rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 2029-cu ilin iyun ayınadək müqavilə imzalanıb. Futbolçu beynəlxalq transfer sertifikatı və viza məsələləri həll olunduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq.
“Qarabağ” klubu da gənc forvardla yolların ayrıldığını təsdiqləyib. Ağdam təmsilçisinin yaydığı məlumatda bildirilib ki, “Kolambus Kryu” ilə aparılan danışıqlar uğurla başa çatıb və Nəriman Axundzadənin MLS klubuna keçidi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Nəriman Axundzadə Azərbaycan Premyer Liqasında keçirdiyi 84 oyunda 24 qolla yadda qalıb. O, “Qarabağ”ın heyətində 3 dəfə ölkə çempionu olub, 1 dəfə Azərbaycan Kubokunu qazanıb.
U-19 və U-21 milli komandalarında da çıxış etmiş futbolçu əsas millinin heyətində 13 matça çıxıb.