11 fevral 2026. Çərşənbə

“Real” Szoboslayi transferi üçün Kamavinqanı təklif planına daxil edib


  • Transfer
  • 23:30 10.02.2026
  • Oxunma sayı: 59
“Real” Szoboslayi transferi üçün Kamavinqanı təklif planına daxil edib

İspaniyanın “Real” klubu İngiltərənin “Liverpul” komandasının yarımmüdafiəçisi Dominik Szoboslayi ilə maraqlanır.

90deqiqe.Az-ın "Topskills Sport UK"a istinadən məlumata görə, Madrid təmsilçisi futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb. “Kremli”lər Szoboslayi üçün “Liverpul”a Eduardo Kamavinqa daxil edilən bir təklif təqdim etməyə hazırdır.

Lakin “qırmızılar” Szoboslayi-ni satmaq istəmir. Yalnız 160 milyon avro məbləğində təklif “Liverpul”u transferi düşünməyə vadar edə bilər.

Bildirilib ki, Szoboslayi yalnız əmək haqqı həftəlik 340 min avro olacağı təqdirdə yeni müqavilə imzalamağa hazırdır.

Hazırda 22 yaşlı macar yarımmüdafiəçinin “Liverpul” ilə mövcud müqaviləsi 30 iyun 2028-ci il tarixinə qədər qüvvədədir.







Transfer