- Transfer
- 23:41 11.02.2026
İngiltərənin “Tottenhem” klubu Madrid “Real”ının müdafiəçisi Antonio Rüdigerin transferi üçün fəal kampaniya aparır.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumata görə, almaniyalı futbolçu cari mövsümün sonunda “Real”dan ayrılmaq ehtimalı daşıyır və İngiltərə klubu onu qarşıdakı yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Mənbə bildirir ki, “Tottenhem” Rüdigeri “Real” ilə yeni müqavilə imzalamamağa inandırmaq istəyir. Qeyd edək ki, müdafiəçi əvvəlcə komandada qalmaq üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasını qəbul etmişdi.
Rüdiger hələlik gələcəyi ilə bağlı qərar verməsə də, İngiltərədə yenidən oynamaq arzusunu ifadə edib. Onun transferi uğrunda həmçinin “Vest Hem” və “Kristal Pelas” da yarışır.
Bundan əlavə, futbolçunun Səudiyyə Ərəbistanında da karyerasını davam etdirmək şansı var və oradan ona cəlbedici maliyyə təklifləri təqdim olunub. Rüdigerin Madrid “Real”ı ilə mövcud müqaviləsi bu yay başa çatır və Transfermarkta görə onun transfer dəyəri 12 milyon avrodur.