12 fevral 2026. Cümə axşamı

"Liverpul" "Barselona"nın müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 23:25 11.02.2026
  • Oxunma sayı: 33
"Liverpul" "Barselona"nın müdafiəçisini transfer etmək istəyir

“Barselona”nın müdafiəçisi Jül Kunde İngiltərə Premyer Liqasında karyerasını davam etdirə bilər.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumata görə, fransalı futbolçunun xidmətində “Liverpul” klubu maraqlıdır.

“Qırmızılar” artıq futbolçunun agenti ilə danışıqlara başlayıb və yay transfer pəncərəsində 27 yaşlı müdafiəçi üçün rəsmi təklif göndərməyi planlaşdırır. İngiltərə çempionları Kunde üçün 80 milyon avro ödəməyə hazırdır.

Kunde 2022-ci ildə “Sevilya”dan “Barselona”ya 50 milyon avroya transfer olunub. Onun katalon klubuyla müqaviləsi 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulub. Cari mövsümdə müdafiəçi “mavi-bordo” forması ilə bütün yarışlarda 35 oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun qiymətini 65 milyon avro qiymətləndirir.







Transfer