12 fevral 2026. Cümə axşamı

“Brayton” kamerunlu futbolçusuna 115 milyon qiymət qoydu


  • Transfer
  • 23:31 11.02.2026
  • Oxunma sayı: 44
“Brayton” kamerunlu futbolçusuna 115 milyon qiymət qoydu

“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba hələ də “Mançester Yunayted”in diqqət mərkəzindədir.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumata görə, “qırmızı şeytanlar” kamerunlu futbolçunun xidmətində israrlıdır. Mançester təmsilçisi artıq futbolçunun agenti ilə danışıqara başlayıb.

“Brayton” isə açıq şəkildə bildirib ki, oyunçusu üçün 115 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyəcək.

Karlos Baleba 2023-cü ildə “Lill”dən “Brayton”a 27 milyon avroya transfer olunub. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub. Cari mövsümdə yarımmüdafiəçi “çəkmələr” forması ilə bütün yarışlarda 23 oyuna çıxıb, qol və məhsuldar ötürmə ilə fərqlənməyib. Transfermarkt portalına görə, 22 yaşlı futbolçunun dəyəri 60 milyon avrodur.







Transfer