12 fevral 2026. Cümə axşamı

"Çelsi" Pedro Netonu satmağa hazırdır


  • Transfer
  • 23:34 11.02.2026
  • Oxunma sayı: 39
"Çelsi" Pedro Netonu satmağa hazırdır

“Çelsi”nin hücumçusu Pedro Neto bu yay klubu tərk edə bilər.

90deqiqe.Az-ın "TopSkills Sports UK"a istinadən məlumata görə, London təmslçisi portuqaliyalını satışa çıxarmağa hazırdır. O, baş məşqçi Liam Rossenorun gələcək planlarına daxil deyil.

İngilis mütəxəssis növbəti mövsümdə sağ cinah hücumunda Estevao və yayda “Sportinq”dən transfer olunacaq Ceyovani Kandanı üstün tutmağı qərara alıb.

Pedro Netuya maraq göstərən klub isə Madrid “Atletiko”sudur. 

Pedro Netu 2024-cü ildə “Vulverhempton”dan “Çelsi”yə 60 milyon avroya transfer olunub. Onun müqaviləsi 30 iyun 2031-ci ilə qədər qüvvədədir. Cari mövsümdə portuqaliyalı futbolçu “mavilər” forması ilə bütün yarışlarda 37 oyuna çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer