12 fevral 2026. Cümə axşamı

Koulibali “Əl-Hilal”la müqaviləsini 2027-ci ilə qədər uzatdı


  • Transfer
  • 20:08 12.02.2026
  • Oxunma sayı: 29
Koulibali “Əl-Hilal”la müqaviləsini 2027-ci ilə qədər uzatdı

Seneqallı mərkəz müdafiəçisi Kalidu Koulibali növbəti mövsümdə də “Əl-Hilal”ın formasını geyinəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu futbolçu ilə müqavilənin uzadıb.

Yeni razılaşmaya əsasən, 33 yaşlı müdafiəçinin sözləşməsi 2027-ci ilin ortalarına qədər qüvvədə olacaq.

Koulibali 2023-cü ildə “Əl-Hilal”a transfer olunub. O, daha əvvəl Avropada “Mets”, “Genk”, “Napoli” və “Çelsi”nin şərəfini qoruyub.

Futbolçu Səudiyyə Ərəbistanını seçməsində yüksək qazancın rol oynadığını gizlətməsə də, sonradan yerli liqanın səviyyəsinin də yüksək olduğunu bildirib.

Hazırda “Əl-Hilal” Səudiyyə Pro Liqasının turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan “Əl-Nəsr” liderdən bir xal geri qalır.







Transfer