25 iyun 2026. Cümə axşamı

Xuan Bernat İspaniya çempionatında çıxış edəcək


  • Transfer
  • 17:46 13.02.2026
  • Oxunma sayı: 666
Xuan Bernat İspaniya çempionatında çıxış edəcək

 PSJ və "Bavariya"nın sabiq müdafiəçisi Xuan Bernat karyerasını İspaniyada davam etdirəcək.

90deqiqe.Az-ın "Onefootball"a istinadən məlumata görə, 32 yaşlı futbolçu sərbəst agent kimi "Eibar" ilə müqavilə bağlayıb. Saziş cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Hazırda "Eibar" İspaniyanın ikinci divizionunda çıxış edir, komandada 32 xal toplanıb və turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, keçən mövsüm Bernat "Xetafe" və "Vilyarreal"da çıxış edib. Müdafiəçi La Liqada 24 oyuna çıxaraq 2 məhsuldar ötürmə edib.







Transfer

Asensio "Real"da qalmaq istəyir
  • Transfer
  • 23:16 24.06.2026
Asensio "Real"da qalmaq istəyir