31 mart 2026. Çərşənbə axşamı

“Yuventus” Bernardu Silvanı transfer etmək istəyir


  • Transfer
  • 21:03 13.02.2026
  • Oxunma sayı: 564
“Yuventus” Bernardu Silvanı transfer etmək istəyir

"Yuventus" yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "Calciomercato"ya istinadən məlumatına görə, Turin təmsilçisi “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə qatmaq niyyətindədir. Portuqaliyalı futbolçu yayda azad agent statusu ala bilər.

Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatır.

Bundan əvvəl də Bernardu Silvanın adı dəfələrlə “Yuventus”la hallanıb.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2017/2018 mövsümündən etibarən “Mançester Siti”də çıxış edir. Komandanın baş məşqçisi Pep Qvardiola cümə günü keçirilən mətbuat konfransında futbolçunun gələcəyi ilə bağlı hər hansı məlumata malik olmadığını bildirib.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro