14 fevral 2026. Şənbə

"Mançester Yunayted" "İnter"in liderlərindən biri ilə maraqlanır


  • Transfer
  • 21:44 13.02.2026
  • Oxunma sayı: 83
"Mançester Yunayted" "İnter"in liderlərindən biri ilə maraqlanır

 “İnter”in sol cinah müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, "qırmızı şeytanlar" italiyalı futbolçunun xidmətində maraqlıdır.

"Mankunianlar" 28 yaşlı futbolçunu İtaliya A Seriyasının 25-ci turu çərçivəsində keçiriləcək “Yuventus”la oyun zamanı izləyəcəklər. Fevralın 14-də baş tutacaq qarşılaşmada klubun nümayəndəsi stadionda olacaq. 

 “Neradzurri” isə italyan futbolçunu satmaq niyyətində deyil və onunla müqaviləni 2030-cu ilə qədər uzatmağı planlaşdırır. Tərəflər artıq yeni sözləşmənin şərtlərini razılaşdırıblar.

Cari mövsümdə Dimarko bütün turnirlərdə 31 matçda iştirak edib. O, bu görüşlərdə altı qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer