- Transfer
- 21:10 14.02.2026
"Real Madrid" komandasının yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
90deqiqe.Az-ın "365Scores"ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu fransalı futbolçunu transfer etmək niyyətindədir.
Bildirilir ki, Səudiyyə təmsilçisi “kral klubu”nun futbolçusunu N'Qolo Kantenin əvəzləyicisi kimi görür. “Əl-İttihad” klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Kamavinqa ilə "Liverpul" və "Arsenal" maraqlanır.
Kamavinqanın “Real Madrid”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Bununla belə, Səudiyyə Pro Liqasında təklif olunan yüksək maliyyə şərtlərinin İspaniya klubunu düşünməyə vadar edə biləcəyi qeyd olunur.
Kante daha əvvəl "Fənərbağça" klubuna transfer olunub.