- Transfer
- 21:10 14.02.2026
“Brayton”un qapıçısı Bart Verbruggen karyerasını başqa klubda davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumata görə, "Çelsi" və "Bavariya" klubları 23 yaşlı qolkiper ilə maraqlanır.
London klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb və “çəylər”in tələb etdiyi 57,5 milyon avro məbləği ödəməyə hazırdır.
"Zadəganlar" isə Verbruggenin gələcəyi üçün plan hazırlayıb və onunla Robert Sançez arasında rəqabət yaradaraq qapı mövqeyini gücləndirmək niyyətindədir.
Eyni zamanda, Almaniyanın "Bavariya" klubu da niderlandlı qapıçını 39 yaşlı Manuel Neuerin əvəzləyicisi kimi görür. Əgər "Çelsi" futbolçunu transferini reallaşdıra bilməsə Münhen klubu danışıqlara daxil olacaq.
Mövsüm ərzində Verbruggen 26 matçda forma geyinib və beşində qapısını toxunulmaz saxlayıb. Onun mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.