17 fevral 2026. Çərşənbə axşamı

“Liverpul” “Aston Villa”nın oyunçusunu istəyir


  • Transfer
  • 20:53 17.02.2026
  • Oxunma sayı: 37
“Liverpul” “Aston Villa”nın oyunçusunu istəyir

“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rodcers karyerasını "Liverpul"da davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, Mersisayd təmsilçisi ingilis futbolçu ilə maraqlanır. 

Hazırda “qırmızılar” 23 yaşlı futbolçunun agentləri ilə danışıqlar aparmırlar. Eyni zamanda, "Arsenal", "Tottenhem" və "Mançester Yunayted" hələ də Rodcersi yaxından izləyirlər.

Cari mövsümdə Rodcers bütün yarışlarda 37 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə mövcud müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, onun bazar qiyməti 70 milyon avrodur.







Transfer