- Transfer
- 23:06 17.02.2026
"Borussiya Dortmund"un sağ cinah müdafiəçisi Julian Ruerson komandasını dəyişə bilər.
90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, 28 yaşlı futbolçu uğrunda mübarizəyə "Barselona" ilə "Mançester Yunayted" və "Nyukasl" klubları da qoşulub.
Hər iki İngilis klubunun skautları norveçli oyunçunun oyun keyfiyyətlərindən çox razı qalıblar. Ryersonu “möhkəm, nümunəvi döyüşçü” kimi dəyərləndirən skautlar qeyd ediblər ki, o, hər matçda son damla qüvvəsini ortaya qoyur.
Xüsusilə vurğulanır ki, Premyer Liqa klubları artıq futbolçunun agenti ilə danışıqlara başlayıblar və futbolçuya hazırkı əmək haqqının təxminən üç dəfə artırıla biləcəyini qeyd ediblər.
Qeyd olunur ki, İngiltərədə Ryersonun hazırkı maaşını üç dəfə artırmaq imkanları var.
Bu mövsüm Ruerson bütün yarışlarda 29 oyunda meydana çıxıb və 13 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.