18 fevral 2026. Çərşənbə

"Arsenal" PSJ-nin əsas ulduzuna göz dikib


  • Transfer
  • 21:57 17.02.2026
  • Oxunma sayı: 39
"Arsenal" PSJ-nin əsas ulduzuna göz dikib

PSJ-nin hücumçusu Usman Dembele karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, "Arsenal" klubu hücumçunu transfer etməkdə maraqlıdır. "Topçular" bu yay fransız futbolçunu transfer etməyi düşünürlər.  London klubu artıq futbolçunun agenti ilə də danışıqlara başlayıb.

Hazırda oyunçunun özünün belə bir transferdə maraqlı olub-olmadığı məlum deyil.

Usman Dembele 2023-cü ildə "Barselona"dan PSJ-yə 50 milyon avroya keçib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Hücumçu bu mövsüm Paris klubunda bütün yarışlarda 24 oyunda iştirak edib, 11 qol vurub və yeddi məhsuldar ötürmə edib. "Transfermarkt" Dembeleni 100 milyon avro dəyərində qiymətləndirir.







Transfer