- Transfer
- 23:21 17.02.2026
"Atletiko Madrid" hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı qərarını verib.
90deqiqe.Az-ın "Sport"a istinadən məlumatına görə, Madrid klubu son zamanlar "Arsenal", "Çelsi", "Mançester Yunayted" və "Barselona" kimi klublarla adı hallanan uruqvaylı hücumçunu itirmək istəmir.
İspaniya klubu onu saxlamaqda qərarlıdır və müqaviləsini uzatmağa ümid edir. "Atletiko Madrid" artıq 26 yaşlı futbolçu müqaviləsini uzatmaq üçün təklif göndərib.
Nüfuzlu "Transfermarkt" portalının mütəxəssisləri Julian Alvaresi 100 milyon avro dəyərində qiymətləndirirlər. Bu mövsüm argentinalı hücumçu 34 oyun keçirib, 12 qol vurub və altı məhsuldar ötürmə edib. "Atletiko Madrid"in növbəti oyunu 18 fevralda Çempionlar Liqasında səfərdə "Brügge" klubuna qarşı olacaq.