18 fevral 2026. Çərşənbə

Soboslai Vinisiusu “Liverpul”a keçməyə inandırıb


  • Transfer
  • 22:34 17.02.2026
  • Oxunma sayı: 33
Soboslai Vinisiusu “Liverpul”a keçməyə inandırıb

"Real Madrid"in hücumçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "TNT Sports Argentina"ya istinadən məlumatına görə, "Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai şəxsən braziliyalı oyunçuya zəng edərək onu "qırmızılar"a keçməyə inandırıb.

 "Real Madrid" də Soboslai  ilə müqavilə imzalamaqda maraqlıdır. "Liverpul" bu yay klubdan ayrıla biləcək Məhəmməd Salahın yerinə Vinisiusu transfer etməyə hazırdır.

 Bir neçə gün əvvəl Vinisius "Real Madrid"i müqavilənin uzadılması danışıqlarını sürətləndirməyə çağırmışdı ki, gələcəyi ilə bağlı ən qısa zamanda qərar verə bilsin. Vinisius "Los Blancos"dan "Real Madrid"in ən çox maaş alan fransız oyunçusu Kilian Mbappenin maaşından çox maaş tələb edir.

Qeyd edək ki, Vinisius əvvəllər macar oyunçunun yaxşı dost olduğunu bildirmişdi.







Transfer