18 fevral 2026. Çərşənbə

“Bavariya” yenidən Virtsi transfer etmək istəyir


  • Transfer
  • 23:06 17.02.2026
  • Oxunma sayı: 36
“Bavariya” yenidən Virtsi transfer etmək istəyir

“Liverpul”un yarımmüdafiəçisi Florian Virts Almaniyanın “Bavariya” klubunun diqqət mərkəzinə düşüb.

90deqiqe.Az-ın "Bayern Space"yə istinadən məlumatına görə, Münhen klubu ötən yay onunla maraqlanan yarımmüdafiəçini yenidən transfer etməkdə maraqlıdır. "Bavariya" nümayəndələri bu yaxınlarda oyunçunun həm də agenti olan atası ilə əlaqə saxlayaraq maraqlarını ifadə ediblər. Lakin Virtsin atası oğlunun karyerasının böyük hissəsini "Liverpul"da keçirmək istədiyi üçün transferlə maraqlanmadığını bildirib.

Florian Virts 2025-ci ilin yayında "Bayer Leverkuzen"dən "Liverpul"a 125 milyon avroya keçib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Bu mövsüm yarımmüdafiəçi "qırmızılar"ın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, altı qol vurub və səkkiz məhsuldar ötürmə edib.







Transfer