- Transfer
- 23:21 17.02.2026
İspaniyanın “Atletik” (Bilbao) komandasında çıxış edən vinger Niko Uilyams karyerasını “Arsenal”da davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMTalk"a istinadən məlumatına görə, London klubu 23 yaşlı futbolçunun xidmətində maraqlıdır. Futbolçu klubda hazırkı vəziyyətindən narazıdır və ayrılmağı nəzərdən keçirir.
"Topçular" artıq Uilyamsın agenti ilə əlaqə saxlayıb və yay transfer pəncərəsi öncəsi rəsmi təklif hazırlamağı planlaşdırır. "Atletik" isə futbolçunun getməsini qaçılmaz hesab edir.
Basklar vingerini minimum 100 milyon avro qarşılığında buraxmağa hazırdır. Lakin, bu qiymət "Arsenal"ın planlarını dayandırmır.
Cari mövsümdə Uilyams 26 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Komanda hazırda La Liqada 10-cu pillədə qərarlaşıb.