- Transfer
- 00:10 19.02.2026
"Aston Villa"nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers karyerasını Fransa çempionatında davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, futbolçu ilə maraqlanan komandalar arasında PSJ də var. Bildirilir ki, Fransa Liqa 1 nəhəngi 23 yaşlı yarımmüdafiəçinin çıxışını bütün mövsüm ərzində yaxından izləyir. Paris təmsilçisi yay transfer pəncərəsi zamanı oyunçunun keçidi üçün təklif hazırlayır və artıq agenti ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Rocersin “Aston Villa” ilə mövcud müqaviləsi uzunmüddətlidir və 2031-ci ilin ortalarınadək qüvvədədir. Bu isə mümkün transferin kifayət qədər yüksək məbləğ qarşılığında reallaşa biləcəyini göstərir.
Transfermarkt portalı Morqan Rocersi 70 milyon avro dəyərində qiymətləndirir.