5 aprel 2026. Bazar günü

Klopp “Real”a gəlir?


  • Transfer
  • 22:48 18.02.2026
  • Oxunma sayı: 372
Klopp “Real”a gəlir?

Alman mütəxəssis Yurgen Kloppun "Real Madrid"ə mümkün təyinatı gündəmdə qalmaqda davam edir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb. O bildirib ki, Klopp hazırda “Red Bull” layihəsinə fokuslanıb:

“Əgər məndən soruşsanız ki, Kloppun növbəti addımı nə olacaq, unutmayın ki, o, hazırda ‘Red Bull’ layihəsi ilə çox məşğuldur və tam şəkildə buna köklənib. ‘Real’a gəlincə isə, əvvəlcə Arbeloanın vəziyyətinə baxaq. O, hazırda əla iş görür. Əvvəl La Liqada özünü yaxşı tərəfdən göstərdi, indi isə Çempionlar Liqasında, pley-off mərhələsində ‘Benfika’ ilə ilk oyunda uğurlu nəticə əldə etdi. Bu, ilk addımdır.

İkinci məqam isə budur ki, ‘Real’ın rəhbərliyində Kloppu yüksək qiymətləndirən şəxslər var. Amma hazırda birbaşa danışıqlar, rəsmi təklif və ya konkret müzakirələr barədə məlumatım yoxdur. Hazırkı vəziyyət budur”.

Xatırladaq ki, ispan çalışdırıcı Xabi Alonsonun komandadan ayrılmasından sonra “kral klubu”na sabiq müdafiəçi Álvaro Arbeloa rəhbərlik edir.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi