- Transfer
- 00:10 19.02.2026
"Barselona" yarımmüdafiəçisi Mark Kasado ilə müqaviləni uzatmağı planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu öz yetirməsi ilə mövcud mövsümün sonuna qədər yeni əmək müqaviləsi imzalamaq niyyətindədir. Danışıqların bir neçə həftə ərzində başlaması gözlənilir.
Tərəflər razılığa gələ bilməsə, futbolçu klubdakı gələcəyini yenidən nəzərdən keçirə bilər.
Daha əvvəl "Atletiko Madrid" klubunun da yarımmüdafiəçi ilə maraqlandığı bildirilmişdi.
Qeyd edək ki, Kasado bu mövsüm bütün turnirlərdə 25 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.