- Transfer
- 00:10 19.02.2026
“Mançester Siti” "Nyukasl"ın sağ cinah müdafiəçisi Valentino Livramentoni transfer etməyi planlaşdırır.
90deqiqe.Az-ın "talkSPORT"a istinadən məlumatına görə, “şəhərlilər” 23 yaşlı futbolçunu bir neçə aydır izləyir və onun uzunmüddətli perspektivdə sağ müdafiəçi mövqeyini bağlayacağına inanır.
Lakin “sağsağanlar” oyunçu ilə müqaviləni uzatmaq niyyətindədir.
Qeyd edək ki, Livramento cari mövsümdə bütün turnirlərdə 19 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 40 milyon avro təşkil edir.