19 fevral 2026. Cümə axşamı

“Real” PSJ-nin ulduzu üçün 100 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 23:40 18.02.2026
  • Oxunma sayı: 48
“Real” PSJ-nin ulduzu üçün 100 milyon avro ödəməyə hazırdır

PSJ-nin vingeri Desire Due karyerasını "Real Madrid"də davam etdirə bilər.

90deqiqe.Az-ın "El Nacional"a istinadən məlumatına görə, Madrid klubu gənc futbolçu ilə maraqlanır.

La Liqa nəhəngi futbolçunun transfer variantını ciddi şəkildə nəzərdən keçirir. “Kral klubu”nun bu keçid üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilir. Həmçinin qeyd olunur ki, “Real” Dueyə Paris təmsilçisində qazandığından daha çox oyun vaxtı vəd edə bilər.

Xatırladaq ki, futbolçu 2024-cü ildə "Renn"dən PSJ-yə 50 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

Cari mövsümdə Doué bütün turnirlərdə 23 matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 90 milyon avro təşkil edir.







Transfer

Klopp “Real”a gəlir?
  • Transfer
  • 22:48 18.02.2026
Klopp “Real”a gəlir?