5 aprel 2026. Bazar günü

Senesi “Barselona”ya keçmək istəyir


  • Transfer
  • 00:10 19.02.2026
  • Oxunma sayı: 402
Senesi “Barselona”ya keçmək istəyir

“Bornmut”un mərkəz müdafiəçisi Markos Senesi yayda “Barselona”ya transfer olmaq arzusundadır.

90deqiqe.Az-ın "TEAMtalk"a  istinadən məlumatına görə, Kataloniya nəhəngi argentinalını yanvar ayında da heyətinə qatmaq istəyib, lakin konkret razılıq əldə olunmayıb.

28 yaşlı futbolçu yayda sərbəst agent statusu qazanacaq və “Barselona” hələ də əsas namizədlər sırasında yer alır. Onun transferinə həmçinin “Yuventus”, “Tottenhem”, “Mançester Yunayted” və digər Avropa klubları maraq göstərir.

Senesi “Barselona”nın marağını öyrəndikdən sonra məhz bu klubda oynamaq istədiyini bildirib və digər variantlar onun üçün ikinci plandadır.

"Transfermarkt" Markos Senesinin dəyərini 22 milyon avro qiymətləndirir. 







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi