- Transfer
- 22:34 19.02.2026
"Atletiko Madrid"in hücumçusu Xulian Alvares 2026-cı il Dünya Kubokundan sonra "Barselona"ya keçəcək.
90deqiqe.Az-ın "Touchline"yə istinadən məlumatına görə, Kataloniya təmsilçisi argentinalı hücumçu ilə artıq ilkin razılığa gəlib.
26 yaşlı futbolçunun özü də kubok qazana biləcəyi bir komandaya qoşulmaq istəyir. "Barselona" futbolçunun transferi üçün 70 milyon avro ödəməyə hazırdır.
Alvarez 2024-cü ilin yayından bəri "Atletiko Madrid"də oynayır. Bu mövsüm argentinalı bütün yarışlarda 35 oyunda meydana çıxıb, 13 qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 100 milyon avrodur.