21 fevral 2026. Şənbə

“Barselona” 16 yaşlı futbolçu ilə müqavilə imzalayacaq


  • Transfer
  • 22:06 20.02.2026
  • Oxunma sayı: 77
“Barselona” 16 yaşlı futbolçu ilə müqavilə imzalayacaq

"Norviç Siti"nin cinah oyunçusu Ajay Tavares karyerasını "Barselona"da davam etdirə bilər.

 90deqiqe.Az xəbər verir ki, İspaniya nəhəngi 16 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün razılığa gəlib.

İngilis futbolçu tezliklə Kataloniya klubuna qoşulacaq. Almaniya komandaları da gənc cinah oyunçusu ilə maraqlanırdı, lakin Tavares seçimi "blauqrana" olub.

Oyunçu "Norviç"in gənclər komandasında oynayır. Hücumçu hələ "kanarilər"in böyüklər komandasında oynamayıb. Tavares bu mövsüm 11 oyunda meydana çıxıb və qol vura bilməyib.







Transfer