- Transfer
- 23:53 20.02.2026
"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger klubla müqaviləsini uzada bilər.
90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumatına görə, Madrid klubu alman futbolçunun müqaviləsini uzatmağı düşünür. Onun təcrübəsinin, xüsusən də komandanın çoxsaylı gənc və perspektivli oyunçuları nəzərə alınmaqla, soyunma otağında çox faydalı ola biləcəyinə inanılır.
Əvvəllər "Los Blancos"un hazırkı müqaviləsi mövsümün sonunda başa çatan 32 yaşlı futbolçu ilə yollarını ayırmaq istədiyi düşünülürdü.
Antonio Rüdiger 2022-ci ildən bəri "Kral Klubu"nda oynayır. O, bu mövsüm Madrid komandasında 11 oyunda meydana çıxıb.