- Transfer
- 15:39 21.02.2026
"Barselona"nın sol cinah müdafiəçisi Aleks Balde karyerasını başqa klubda davam etdirə bilər.
90deqiqe.Az-ın "365Scores"ə istinadən məlumatına görə, İtaliyanın "İnter" klubu "Mançester Yunayted" ilə birlikdə futbolçu ilə maraqlanır.
Milan təmsilçisi 22 yaşlı futbolçunu heyətində görmək istəyir və onu müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Federiko Dimarkoya potensial əvəzləyici kimi nəzərdən keçirir.
Baldenin müqaviləsində 1 milyard avro məbləğində sərbəstqalma maddəsi yer alıb. Bu səbəbdən “İnter” və ya “Mançester Yunayted” müdafiəçini transfer etmək istəsə, Kataloniya klubuna kifayət qədər sərfəli təklif təqdim etməlidir.
Cari mövsümdə ispaniyalı futbolçu bütün turnirlərdə 32 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, Aleks Baldenin bazar dəyəri 60 milyon avro qiymətləndirilir.