- Transfer
- 15:39 21.02.2026
"Çelsi" klubu mövsümün sonunda hücumçu Liam Delapı satmağı düşünə bilər.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, 23 yaşlı futbolçu ilə maraqlanan Premyer Liqa klubu "Everton"dur. Sözügedən klub artıq futbolçunun agenti ilə ilkin danışıqlarda aparıb. “Pensionerlər” isə Delapı 34 milyon avroya buraxmağa hazırdır. “İrislər” isə Liamı yay transfer pəncərəsi zamanə əsas prioritetləri sırasına daxil edib.
Cari mövsümdə hücumçu 24 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə mövcud müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.