21 fevral 2026. Şənbə

"Barselona Reşforda əvəzləyici tapdı: Görün kimdir


  • Transfer
  • 20:45 21.02.2026
  • Oxunma sayı: 49
"Barselona Reşforda əvəzləyici tapdı: Görün kimdir

"Barselona" heyəti gücləndirmə planları çərçivəsində hücumçu Markus Reşfordu komandada saxlamaqda maraqlıdır.

90deqiqe.Az-ın "Transfer News Live"yə  istinadən məlumatına görə, bu  transfer məsələsində əsas maneə "Mançester Yunayted"in sərt mövqeyidir.

Əgər Kataloniya təmsilçisi Reşfordun məbləğini azaltmaqla bağlı razılıq əldə edə bilməsə, diqqətini Malik Fofanaya yönəldəcək.

 Daha əvvəl yayılan məlumatlara görə, “qırmızı şeytanlar” futbolçunun transfer qiymətini 30 milyon avrodan aşağı salmaq niyyətində deyil.

20 yaşlı hücumçu hazırda "Lion"un formasını geyinir.Transfermarkt portalı Fofananın dəyərini 30 milyon avro olaraq qiymətləndirir.







Transfer