- Transfer
- 16:41 22.02.2026
"Borussiya Dortmund"un yarımmüdafiəçisi Feliks Nmeça "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, "qırmızı şeytanlar" yay transfer pəncərəsində yarımmüdafiəçinin transferi çərçivəsində alman futbolçunu transfer etməkdə maraqlıdır. Artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlayıblar.
"Qara arılar" oyunçusunun satışından təxminən 60 milyon avro istəyir.
"Borussiya" oyunçunu bu məbləğə satmağa hazırdır. Feliks Nmeça 2023-cü ildə "Volfsburq"dan "Borussiya Dortmund"a 30 milyon avroya keçib.
Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Bu mövsüm yarımmüdafiəçi "Qara Arılar"ın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib.