- Transfer
- 17:55 22.02.2026
"Mançester Yunayted"in ulduz yarımmüdafiəçi Kazemiro yayda MLS klubuna keçə bilər.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, braziliyalı futbolçunun "İnter Mayami"də çıxış edən Lionel Messi ilə eyni komandada çıxış edəcək.
33 yaşlı yarımmüdafiəçi artıq ailəsi ilə birlikdə Mayamiyə səfər edib və "İnter Mayami" rəhbərliyi ilə görüş keçirib. Bu fakt transfer ehtimalını daha da gücləndirir.
Yanvar ayında klub tərəfindən Kazemironun mövsüm bitdikdən sonra komandadan ayrılacağı açıqlanmışdı.Hazırda “qırmızı şeytanlar” yalnız İngiltərə Premyer Liqasında mübarizə aparır ki, bu da Kazemiroya qısa fasilədən istifadə edərək ABŞ-a yollanmaq imkanı yaradıb. Komandanın əvvəlki və növbəti oyunu arasında 13 günlük fasilə var.
Təcrübəli futbolçu mövsümün sonunda "Mançester Yunayted" ilə yollarını ayıracaq.