- Transfer
- 17:55 22.02.2026
"Liverpul" yayda klubdan ayrılacağı gözlənilən ulduz futbolçusu Məhəmməd Salaha əvəzləyici tapıb.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, vəziyyəti nəzərə alaraq, Mersisay təmsilçisi "Nyukasl"ın hücumçusu Antoni Qordonu transfer siyahısına salıb.
"Qırmızılar" artıq 24 yaşlı oyunçunun agenti ilə ilkin danışıqlara başlayıb. "Liverpul" Qordon üçün təklif hazırlayır.Söhbət 80 milyon funt sterlinqdən (91,47 milyon avro) çox məbləğdən gedir.
Qordon 2025/2026 mövsümündə 37 oyun keçirib, 14 qol vurub və beş məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Qordonu 60 milyon avro dəyərində qiymətləndirirlər.