23 fevral 2026. Bazar ertəsi

Üç İngiltərə klubu bir futbolçunu istəyir


  • Transfer
  • 22:41 22.02.2026
  • Oxunma sayı: 49
Üç İngiltərə klubu bir futbolçunu istəyir

"Sportinq"in sağ cinah müdafiəçisi İvan Fresneda karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a  istinadən məlumatına görə, 21 yaşlı futbolçunun xidmətində "Mançester Siti", "Arsenal" və "Nyukasl Yunayted" klubları maraqlıdır. Sözügedən klublar futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Artıq klublar futbolçunun agenti ilə danışıqlara da başlayıblar.

London klubu 21 yaşlı futbolçunu Ben Uaytın əvəzedicisi kimi görür. "Siti"nin idman direktoru Huqo Viala Fresnedanın keyfiyyətlərindən "Sportinq"də oynadığı dövrdən xəbərdardır.

Bu mövsüm müdafiəçi bütün yarışlarda 31 oyunda meydana çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 12 milyon avrodur.







Transfer