23 fevral 2026. Bazar ertəsi

Edinson Kavani "Boka Xuniors"dan ayrılır? - Azarkeşlərdən sərt reaksiya


  • Transfer
  • 23:29 22.02.2026
  • Oxunma sayı: 77
Edinson Kavani "Boka Xuniors"dan ayrılır?  - Azarkeşlərdən sərt reaksiya

Uruqvaylı hücumçu Edinson Kavani "Boka Xuniors" klubunu tərk edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu ayrılıq futbolçunun öz istəyi ilə deyil, daha çox “məcburi könüllü” xarakter daşıya bilər.

Təcrübəli forvardın çıxışı azarkeşləri qane etmir və son vaxtlar tribunaların narazılığı daha açıq şəkildə hiss olunur. Son olaraq futbolçu əvəzlənərkən fitə basılıb. “Matador” ləqəbli hücumçunun meydanı tərk etməsi sərt fit səsləri ilə müşayiət olunub.

Qeyd edək ki, edilən dəyişiklik də oyunun taleyinə təsir göstərməyib. "Boka Xuniors" "Atletiko Platense" ilə qarşılaşmada qol vura bilməyib və matç 0:0 hesabı ilə başa çatıb.

Argentina mətbuatı hazırda Kavaninin müqaviləsinin uzadılması perspektivlərini ehtiyatla dəyərləndirir. Üstəlik, klub paraqvaylı hücumçu Adam Bareiro ilə güclənib. Bu transfer 39 yaşlı veteranı əsas heyətdən tamamilə sıxışdırıb çıxara bilər.







Transfer