25 iyun 2026. Cümə axşamı

Simeone "İnter"i çalışdıra bilər


  • Transfer
  • 23:02 23.02.2026
  • Oxunma sayı: 407
Simeone "İnter"i çalışdıra bilər

 "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "İnter"lə ilkin razılığa gəlib.  

90deqiqe.Az-ın "El Chiringuito"ya  istinadən məlumatına görə,  Milan klubu ilə argentinalı məşqçi arasında razılaşma İspaniya La Liqasının 25-ci turunda "Atletiko"nun "Espanyol" üzərində 4-2 hesablı qələbəsindən sonra əldə edilib. "İnter" Simeoneyə bir mövsümlük müqavilə təklif etməyə hazırdır.

Daha əvvəl bildirilirdi ki, qış transfer pəncərəsindən sonra Simeone ilə "Atletiko"nun idman direktoru Mateu Alemany arasında münasibətlər pisləşib və klub yeni baş məşqçi axtarışına başlayıb.

Simeone 2011-ci ilin dekabrından bəri Madrid klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında "matrasçılar" iki dəfə İspaniya çempionluğu və Avropa Liqasını qazanıblar.

 







Transfer

Asensio "Real"da qalmaq istəyir
  • Transfer
  • 23:16 24.06.2026
Asensio "Real"da qalmaq istəyir