- Transfer
- 22:53 24.02.2026
"Barselona" yay transfer dönəmi ərəfəsində heyətin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
90deqiqe.Az-ın "Sport"a istinadən məlumatına görə, prioritet mövqe isə hücum xəttidir.
Kataloniya klubunun əsas hədəfi kimi Xulian Alvares göstərilsə də, "Atletiko Madrid" ilə mümkün danışıqların mürəkkəbliyi alternativ namizədlərin də nəzərdən keçirilməsinə səbəb olub.
Siyahıda yer alan futbolçulardan biri də "Mançester Siti"nin üzvü Omar Marmuşdur.
2025-ci ilin yanvarında İngiltərə klubuna transfer olunan misirli forvard qısa müddətdə 49 rəsmi qarşılaşmada forma geyinib. O, aktivinə 12 qol və 5 assist yazdırıb.
Hazırda 27 yaşı olan hücumçunun bazar dəyəri "Transfermarkt" tərəfindən 65 milyon avro məbləğində qiymətləndirilir.