- Transfer
- 22:53 24.02.2026
"Real Madrid" yetirməsini geri qaytarmağa hazırlaşır.
90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, Madrid klubu "Komo"da çıxış edən yarımmüdafiəçi Nikolas Pazın transfer hüquqlarını yenidən əldə etmək qərarına gəlib. “Kral klubu”nun müqavilədə futbolçunu geri almaq üçün xüsusi opsiyası mövcuddur və bu bəndin aktivləşdiriləcəyi gözlənilir.
Məlumata əsasən, argentinalı yarımmüdafiəçi növbəti mövsümdən etibarən “Real”ın əsas heyətində mühüm rol oynaya bilər.
Qeyd edək ki, Nikolas Pas 2024-cü ildə 6 milyon avro qarşılığında Madrid təmsilçisindən "Komo"ya transfer olunub. Onun İtaliya klubu ilə müqaviləsi 30 iyun 2028-ci il tarixinədək qüvvədədir.
Cari mövsümdə “Komo”nun heyətində bütün turnirlər daxil olmaqla 28 oyuna çıxan 20 yaşlı futbolçu 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nüfuzlu “Transfermarkt” portalının məlumatına görə, Pasın bazar dəyəri 65 milyon avro təşkil edir.