- Transfer
- 23:19 25.02.2026
"Everton" "Mançester Siti" ilə hazırkı müqaviləsi bu yay başa çatan müdafiəçi Con Stounsu geri qaytarmağı düşünür.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, "irislililər" yayda 31 yaşlı futbolçunu pulsuz transfer edə bilər, lakin oyunçu böyük bir transfer bonusu tələb edə biləcəyi üçün müqavilə mürəkkəbləşə bilər. Hazırda "Everton" futbolçunun agenti ilə danışıqlar aparır.
Bu mövsüm müdafiəçi 14 oyunda qol vurmayıb. "Everton" hazırda Premyer Liqa turnir cədvəlində doqquzuncu yerdədir.